Cümə, 03 May

"Kim istəyirsə arxamca gəlsin" - Məktəbli qızın intiharının ŞOK SƏBƏBİ

image

Dekabrın 1-nə keçən gecə Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayon ərazisində baş vermiş dəhşətli intiharla bağlı bəzi məqamlar üzə çıxıb.

Xəbər verilir ki, Cavadxan və M.Kazımovski küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli binanın 14-cü mərtəbəsindən özünü ataraq intihar edən 13 Abdullazadə Z. A. qızının ehtiyatsızlıq nəticəsində yerə yıxıldığı bildirilsə də, sonradan onun həyatına qəsd etdiyi məlum olub.

Yaxınları bildirib ki, ailədə valideynlər arasında daim münaqişələr baş verib və yeniyetmə qız ata-anasını barışdırmaq, onların dalaşmasının qarşısını almaq üçün dəfələrlə səy göstərib. Lakin buna baxmayaraq valideynlər məktəbli qızın yanında münaqişələrinə davam ediblər. Bundan sonra orta məktəbin 7-ci sinif şagirdi olan Z.A həyatına qəsd etmək fikrinə düşüb. O, evdə qoyduğu kağızda "Kim istəyirsə arxamca gəlsin" sözlərini yazıb və özünü pəncərədən atıb.

eniyetmə qız hadisə yerində vəfat edib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15